11 July 2017

Mehman Hüseynovun səhhətində problem var

Həbsdə olan bloqçu Mehman Hüseynov səhhətindəki problemlərdən əziyyət çəkir. Onun vəkili Şəhla Hümbətova iyulun 10-da Novator.az-a deyib ki, Ombudsman Aparatına müraciət edilsə də, Mehmanın səhhəti ilə maraqlanan olmayıb: “Mehman Hüseynovun ayaqları ağrıyır, damarlarında problem var. İki dəfə ombudsmana müraciət edilmişdi. Müraciətlər onun şəxsiyyət vəsiqəsi ilə təmin olunması və xəstəliyi ilə bağlı idi.

"Hökumət hələ ki, Eldar Mahmudovun həbsinə maraqlı deyil “

“Eldar Mahmudova qarşı hələ iki il bundan əvvəl cinayət işi açıla bilərdi. Amma onun haqda hələ bu gün məhkəmə qərarı elan olunub. Mənə elə gəlir ki, eks MTN- şefindən nəsə qoparmaq istəyirlər. Amma dəqiq deyə bilmərəm Mahmudovdan qoparmaq istədikləri şey nəsə maddi bir şeydir, yoxsa hər-hansısa informasiyalar.”