05 July 2017

Həbsdəki gənc fəalın atası istintaq idarəsinə çağırıldı

''Getməsə, barəsində məcburi gətirilmə tətbiq ediləcək''

Həbsdə olan gənc fəal Qiyas İbrahimin atası Həsən İbrahimov iyulun 7-də Ədliyyə Nazirliyinin İstintaq idarəsinə çağırılıb. Bu barədə Meydan TV-yə Qiyas İbrahimin anası Şura Əmiraslanova məlumat verib. Bildirib ki, evə gələn çağırış 172950141 saylı cinayət işi ilə bağlıdır:

Üzeyir Cəfərov: "Ermənistan sadəcə icraçı rolunda olub"

Xəbər verdiyimiz kimi erməni separatçılarının dünən gecə Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində - 1967-ci il təvəllüdlü Sahibə və 2015-ci il təvəllüdlü Zəhra Quliyevalar həlak olub. 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə qəlpə yarası ilə xəstəxanaya çatdırılıb. Hadisə ölkəmizdə çox böyük hiddətlə qarşılanıb. Baş vermiş faciəyə hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərovun münasibətini öyrəndik. O, Rakurs TV-yə bunları dedi: 

Nazirin qardaşı məhkəmə qarşısına çıxdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Nəbiyev ifadə verib. O bildirib ki, Bakının Nəsimi rayonunda mağazada işləyib, Əlikram Camalov ondan mal alıb. Onun sözlərinə görə, Ə. Camalov ona iki dəfə pul verib: “Verilən puldan 3200 dollar qaytarmışam”.

"Rabitə işi"ndə sensassiyalı açıqlama: "Vidadi müəllim “paket” verən yox, “paket” alan olub"

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses təyin olunduğu vaxtdan 2 saat gec başlayıb

"Fontanlar xaricilər üçün işləyir, bizim üçün yox" - Video reportaj

Parklar qızmar yay günlərində paytaxt sakinlərinin üz tutmağı sevdiyi məkanlardan biridir. Evdə qala bilməyən, yaxud nəfəs dərmək üçün yolüstü dincəlmək istəyən insanlar parklardakı fontanların ətrafında cəmləşirlər. Onların tək istəyi yol gedərkən, parkda hərəkət edərkən fəvvarələrin sərinliyini hiss etməkdir. Amma müəyyən səbəblərdən onlar istədikləri kimi istirahət edə bilmirlər. Səbəb şəhərdə yerləşən fontanların gündüz saatlarında işləməməsidir. Təkcə şəhərin mərkəzindəki deyil, kənarlardakı fəvvarələr də günortalar işləmir.

"Sərdar Babayevin həbsi rəsmi Bakının tolerantlıq haqqında bəyanatlarına kölgə salır"

Xəbər verdiyimiz kimi Masallı rayon Məhkəməsinin qərarı ilə ilahiyyatçı Sərdar Babayev 3 il azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 168-1.3 maddəsi (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ilə cinayət işi açılıb.

Bu həbslə bağlı Milli Şuranın koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyevdən münasibət öyrəndik. Eldəniz Quliyev Rakurs TV-ə bunları dedi:

Cəbhədəki erməni təxribatı ilə bağlı cinayət işi başlandı - Baş Prokurorluq

Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.