04 July 2017

İran sanksiyalardan sonra Qərb şirkəti ilə ilk böyük sazişini imzaladı

Fransanın enerji nəhəngi Total bildirir ki, İranla, bu ölkənin dəniz qaz yatağının inkişaf etdirilməsinə dair 4, 8 milyard dollarlıq saziş imzalayıb.

Bu, İranla dünya gücləri arasında nüvə sazişinin imzalanması və İran üzərindən əksər sanksiyaların qaldırılmasından sonra Tehranın Qərb şirkəti ilə ilk böyük sazişidir.

Bu saziş İranın Fars körfəzindəki Cənubi Pars qaz yatağının inkişaf etdirilməsi üçün imzalanıb.

Məktəbli formaları bahalaşacaq

Yeni dərs ili ərəfəsində məktəbli formaları bir qədər də bahalaşacaq. Bu barədə “Bakı Tikiş Evi”nin direktor müavini Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, aşağı sinif şagirdləri üçün bir dəstin qiyməti 40 manat, yuxarı sinif şagirdləri üçün isə 46 manat təşkil edir: “Qiymət fərqi onunla əlaqədardır ki, yuxarı sinif şagirdlərinin paltarlarına daha çox parça sərf olunur”.