03 July 2017

“Cənab prezident lap əcəb edib məni işdən çıxardı” - İbrahim Mehdiyev

Yasamal rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev vəzifədən çıxarılması barədə ilk dəfə mətbuata açıqlama verib. İ.Mehdiyev “Ölkə.Az”-a bildirib ki, onun haqqında ölkə başçısına düzgün məlumatlar verilməyib: “Mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm. Ancaq kimsə ölkə başçısına haqqımda düzgün informasiya verməyib.

Arif və Leyla Yunusların məhkəməyə məcburi gətirilməsi üçün müraciət olunub

''Polisdən məhkəməyə bu məsələ ilə əlaqədar heç bir cavab gəlməyib''

İyulun 30-da Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə növbəti məhkəmə iclası keçirilib.

Azərbaycanlı haker erməniləri həyəcanlandırdı - Şanlı bayrağımız belə dalğalandırıldı - Video

Azərbaycanlı hakerin paylaşdığı video onun ünvanına çox sayda gözəl sözlərin gəlməsinə səbəb olub. 

İnformasiya müharibəsinin gündən-günə gücləndiyi bir vaxtda azərbaycanlı hakerlərdən daha birinin bu dəfəki hədəfi erməni saytlarından biri olub. "By Samir" adlı haker düşmən ölkənin "360 ° LED" işıqlandırma şirkətinin səhifəni çökdürüb və bunu videoya çəkib.

İlahiyyatçı Sәrdar Babayev 3 il azadlıqdan mәhrum edildi

Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə Anar Almuradlının sədrliyi keçirilib və prosesdə Şeyx Sərdar hökm oxunub. Məhkəmnin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Suriya ordusu Deyr əz-Zor vilayəti ətrafında strateji məntəqələrə doğru irəliləyir - Video

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün Suriya ordusu Deyr əz-Zor vilayəti ətrafında yerləşən strateji əhəmiyyətli ərazilərə doğru irəliləyib. Tank və digər texnikalarla irəliləyən Suriya ordu qüvvələri Deyr əz-Zor vilayəti ətrafındakı böyük hərbi əhəmiyyət kəsb edən təpəlikləri terrorçulardan azad etmək uğrunda əməliyyatlar keçirir.

"Hərbi müdaxilə olarsa, ölkəmizi müdafiə etməyə hazırıq"

Eastnews.org-un verdiyi xəbərə görə, Qətər müdafiə naziri Xalid əl-Ətiyyə ölkəsinin lazım gəlsə, özünü müdafiə etməyə hazır olduğunu bildirib. "Sky News Britain" kanalına danışan Ətiyyə "Hərbi müdaxilə mərhələsinə gəlməməyi ümid edirik, ancaq biz hər zaman hazırlıqlıyıq. Ölkəmizi müdafiə etməyə hazırıq", - deyib.