01 July 2017

Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsinin vaxtı bəlli oldu

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin işi üzrə apellyasiya məhkəməsinin vaxtı məlum olub.

Bu barədə vəkil Elçin Sadıqov "facebook" hesabında məlumat verib. Məlumata görə, məhkəmə iyulun 7-nə təyin olunub. Nardaran işi üzrə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrliyi ilə, Əflatun Qasımov və Vüqar Məmmədovdan ibarət hakimlər kollegiyası baxacaq.