EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Cadugər Mandreyk ləqəbli məşhur sehrbazın tamaşası faciə ilə bitdi - Foto

Cadugər Mandreyk ləqəbli məşhur sehrbazın tamaşası faciə ilə bitdi - Foto

Cadugər Mandreyk ləqəbi ilə tanınan hindistanlı sehrbaz Çançal Lahirinin son sehrbazlıq təcrübəsi faciə ilə sonuclanıb.  Amerikalı sehrbaz Harri Houdinin «bağlı girdiyi kilidli sandıqdan çıxma » nömrəsini bir üst səviyyəyəyə çatdırmaq istəyən illüzionist ayaqları və qolları zəncirlənmiş şəkildə Qanq çayına tullanmağı, buradan da xilas olması hədəfləmişdi. Lakin çaya atıldıqdan sonra ailəsinin və tamaşada iştirak edənlərin gözü qarşısında yoxa çıxıb.

 

Xilasedicilər dərhal axtarışa başlasalar da, 12 saatda ondan bir xəbər alınmayıb.

 

Məlumata görə, o, tryuku həyata keçirməzdən öncə «əgər bacarsam sehrdir, xəta etsəm faciə» deyə bildiribmiş.

 

Polis cəsədi tapılmadan məşhur sehrbazı "ölü" kimi tanımayacaqlarını, bununla belə, ancaq onun sağ olduğuna ümidlərinin az olduğunu deyiblər.

Facebook