EURO : 1,8427 TRY : 0,2563 USD : 1,7 RUB : 0,022
Bəzi səfirlərimiz xarici dil bilmir - Sabir Rüstəmxanlı

Bəzi səfirlərimiz xarici dil bilmir - Sabir Rüstəmxanlı

Deputat Sabir Rüstəmxanlı Azərbaycanın bəzi diplomat və səfirlərindən narazılığını ifadə edib.

 

Rakurs.tv xəbər verir ki, o, bu barədə fikrini parlamentin bu gün keçirilən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında səsləndirilib.

 

S. Rüstəmxanlı qeyd edib ki, bəzi ölkələrdəki səfirlərimizin səviyyəsi təəssüf doğurur: “Onlarla görüşəndə xarici dil bilmədiyi, Azərbaycanın tarixindən xəbərdar olmadığı üzə çıxır. Onların səviyyəsi Azərbaycanın maraqlarından qat-qat aşağı səviyyədədir. Bu, çox böyük təəssüf doğurur”.

 

İclasda çıxış edən deputat  Rasim Musabəyov bildirib ki, komitədə Qarabağ danışıqlarının vəziyyəti ilə bağlı qapalı dinləmə keçirilməlidir: “İclaslara Xarici İşlər Nazirliyinin rəhbər, məsul şəxsləri dəvət olunsun və onlarla məsələ ətrafında müzakirələr, fikir mübadiləsi aparılsın”.

Facebook