Bəzi məhsullar bahalaşıb

Son günlər bəzi məhsulların bahalaşdığı bildirilir. Bahalaşan gündəlik tələbat malları arasında xüsusilə salfetlər göstərilir. Müxtəlif növ salfetlərin təqribən 25 faiz bahalaşdığı qeyd edilir.

 

Sentyabrın 29-dan bəzi market və köşklərdə pərakəndə satılan siqaretlərin qiymətinin də qalxdığı vurğulanır.

 

Satıcılar bunu topdansatış bazalarında qiymətlərin qalxması ilə izah edirlər. Verilən məlumata görə, siqaretlər təqribən 30- 50 qəpik arasında bahalaşıb. 

 

Artıq, bəzi siqaret alıcıları sosial şəbəkələrdə bununla bağlı narazılıqlarını da ifadə edirlər.

 

Dövlət Statistika Komitəsi bu ilin 8 ayında ölkədə inflyasiyanin 2,7 faiz olduğunu açıqlamışdı.

 

Bəzi müstəqil ekspertlər Azərbaycanda qiymət artımı ilə bağlı rəsmi rəqəmlərə şübhə edirlər.(Azadliqradiosu)