Bəxtiyar Hacıyevin şikayəti təmin olunmadı

Bəxtiyar Hacıyevin şikayəti təmin olunmadı

21 fevralda 29 saylı Səbail seçki dairəsindən müstəqil namizəd Bəxtiyar Hacıyevin şikayəti üzrə Apelyasiya Məhkəməsi baş tutub.
 
Bu barədə namizəd öz feysbuk səhifəsində məlumat yayıb.
 
Məlumata görə, saat 12-də baş tutan məhkəmədə namizədin Mərkəzi Seçki Komissiyasından (MSK) şikayətinə baxılıb.
 
B.Hacıyevin şikayəti MSK-nın digər məntəqələr üzrə şikayətə baxmaması ilə bağlı olub: "MSK iclasda "digər məntəqələrə baxacağıq", - dedi, 3 gündür baxmır”.
 
Beləliklə, Bakı Apellyasiya Məhəməsi MSK-nın qərarını qüvvədə saxlayıb.
 
Bəxtiyar Hacıyev deyib ki, hakimlər protokollardakı uyğunsuzluqları görərsələr də, videosübutların hamısını təkzib ediblər: ”O faktları danmaq üçün nadan olmaq lazımdır. Tək-tək hamısını dinləyib, araşdırıb, vaxtımızı alıb, sonra MSK-nın qərarını qüvvədə saxladılar”.
 
Bəxtiyar Hacıyev bildirib ki, qərardan Ali Məhkəməyə şikayət edəcək.

Facebook