Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanıldı

Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanıldı

Deputatlığa namizəd Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında araşdırma aparılıb:

 

“Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb. Müəyyən olunub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir”.

Facebook