Buşa ayaqqabı atan iraqlı jurnalist deputat ola bilər

ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı ataraq məşhurlaşan iraqlı jurnalist deputat olmaq üçün namizədliyini irəli sürüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iraqlı jurnalist Müntəzər əl-Zeydi 2008-ci ildə keçirilən bir mətbuat konfransında prezident Corc Buşa ayaqqabısını ataraq məşhur olmuşdu. Corc Buş jurnalistin bu hərəkətini  hər kəsin diqqətini özünə tərəf çəkmək istəməsi ilə əlaqələndirmişdi. Müntəzər əl- Zeydi 9 ay həbs cəzasından sonra, 2011-ci ilə qədər ölkə xaricində yaşamağa məcbur edilmişdi.

İraqlı jurnalist 12 may tarixində keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə namizəd olduğunu açıqlayıb.

O, bunu şəxsi “ Tvitter” səhifəsində video görüntüsünü yayımlayaraq bunları deyib: “ Sevgili iraqlı dostlarım. Uzun illər ölkəmdən uzaq qaldıqdan sonra geri dönüş edirəm. Xalqımızı təmsil etmək üçün namizədliyimi irəli sürürəm. Bildiyiniz kimi, hər zaman zalımlara qarşı məzlumun köməkçisi olacağam”.