Əbülfəz Bünyadovla bağlı narahatçılıq ifadə olundu

Xəbər verdiyimiz kimi Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Bünyadovun səhəti ağırlaşıb.

 

Hadisəyə Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri Elçin Qasımov münasibət bildirib.

 

Rakurs.tv Elçin Qasımovun rəsmi facebook səhifəsinə istinadən fikirlərini olduğu kimi təqdim edir:

 

“Onsuzda yarımcan olan Əbülfəz Bünyadovun vəziyyəti birazda ağırlaşıb. Özüm ailəsi ilə əlaqə saxlayıb məlumatı dəqiqləşdirdim. Yaxınları bildirdilər ki, dünən onunla görüşüblər və vəziyyətinin birazda ağırlaşdığının şahidi olublar. Müəyyən analizlər şəxsi təşəbbüslə verilib və bağırsaq infeksiyası, daha dəqiqi bağırsaqda göbələk infeksiyası aşkarlanıb. Təbii olaraq özünü idarə edə bilməyən bir insan ev şəraitində belə səhhətini normal saxlamaq iqtidarında deyil, hələ nəzərə alsaq ki, doğmalarının əhatəsindədir və hər zaman yardımı var. Bir halda ki, vətəndaşlarımız heç ölkədə normal muayinə oluna bilmirlər, qaldı həbsxana kimi natəmiz, insanlığa laqeyid şəxslərin əhatəsi olsun. Bu halı canlı yaşayan biri kimi deyirəm ki, həbsdə olanda səhhətində nəsə problem yaransa dərdini deməyə normal tibb işçisi tapa bilmirsən. Əlində bir iki dənə ağrıkəsici olan ağ xalatlı gün ərzində 1 saat tapılar ya yox. Odurki, bədəninin 80 faizi hərəkətsiz olan bir insanın qeyd etdiyim şərtlərdə yaşaması həqiqətəndə möcüzədir, Allahın lütfüdür. Amma bu işə məsuliyyətsiz yanaşanlar və hər şeyi möcüzəyə bağlayanlar mütləq bir gün Haqq qarşısında cavab verəcəklər. Bütün ictimaiyyəti bu məsələyə laqeyid olmamağa səsləyirəm. Bir insanı mövcud durumda həbsdə saxlamaq onu məqsədli şəkildə öldürməkdir. Hesab edirik Əbəlfəz Bünyadov dərhal azad olunmalı və ciddi həkim nəzarətinə götürülməlidir. Əks halda başına gələcəklərə görə məsuliyyəti onu qanunsuz olaraq həbsdə saxlayanlar daşıyacaqdır!”