Əbülfəz Bünyadovdan xəbər var

Xəbər verdiyimiz kimi Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Bünyadovun səhəti ağırlaşıb.

 

Bu gün Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri Elçin Qasımov Əbülfəz Bünyadovla görüşə bilib.

 

O bu barədə rəsmi facebook səhifəsində yazıb:

 

Rakurs.tv Elçin Qasımovun rəsmi facebook səhifəsinə istinadən fikirlərini olduğu kimi təqdim edir:

 

“Əziz Dostlar elə indicə Hacı Əbülfəz Bünyadovun valideyni ilə birlikdə Penitensiyar xidmətin rəhbərliyi ilə görüşdük. Bünyadovun səhhəti ilə bağlı narahatlığımızı bildirdik, onlarda eyni zamanda sağolsunlar Hacının səhhətilə əlaqədar lazım olan bütün tədbirləri etdiklərini və bundan sonrada edəcəklərini, ehtiyac olarsa şəxsi həkimin müayinəsinədə şərait yaradacaqlarını bildirdilər. Ümid edirik ki, bu verilən vədə əməl olunacaq. Bu Penitensiar xidmətin səlahiyyətində olan məsələdir. O ki, qaldı bu vəziyyətdə Bünyadovun həbsdə saxlanılmasına inanırıq ki, bunada yaxın müddətdə son qoyular. Odur ki, mən bütün bizi sevən və dəstəkləyən insanlardan təmkinli olmağı xahiş edirəm. Ümidimiz hər zaman olduğu kimi Aləmlərin Rəbbi olan Allahadır”.