Əbülfəz Bünyadov: Başda hacı Şahin olmaqla...

Əbülfəz Bünyadov: Başda hacı Şahin olmaqla...

Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətinin rəhbəri Əbülfəz Bünyadov son günlər ilahiyyatçılara qarşı başladılan kampaniyalarla bağlı öz fikirlərini bölüşüb.

 

Rakurs.tv Əbülfəz Bünyadovun fikirlərini olduğu kimi təqdim edir:

 

"Azərbaycan cəmiyyəti hələ bu adı yüz illiklər öncə tanıdı və sevdi. Heç şübhəsiz ki, böyük rəğbət və sevgi qazanan ruhani məfhumu tarix səhifələrində öz paklığını, ehtibarını və öndərliyini qoruya bildi. Əlbəttə, onun insanlıq sevgisi təadüfi deyildir. Adında əks olunduğu kimi birbaşa ruhi dəyərlərə hakim, insan mənəviyyatı ilə əlaqəli bu mütəxəssislər ecazkar fəza yaratmaqla insan cəmiyyətinin pak düşüncə tərzinə yaşam gözəlliyi bəxş edirlər. Bu mənəviyyata, əqidə və inanca bağlı olan şəxslər yalnız Allah razılığını özündə təzahür edtiyi üçün bənzərsiz və əvəzsizdirlər.
Şübhəsiz, bu düşüncə və yolun məşəllərinə qarşı mübrizə aparanlar da hər zaman öz mənfur addımlarını atmaqda idi. Hər düzəlməyən əyri onun varlığını, iyrənc, mənfur simasını göstərən bu şəxslərə qarşı barışmaz mövqedə olur. Rüşvətxorlar korrupsiya oyunlarını üzə çıxardıqları üçün onları həbs edir, əxlaqsızlar hicab təbliğçilərinin varlığını qəbul etmədən onları cəmiyyətə yamaq sayır, şərəfsiz, qeyrətsizlər isə şərəf və qeyrət sərhədlərini qoruyanları həzm etmədən onlara qarşı şər və böhtan atır. Allah adını sevməyənlər Allah evlərini sökdükləri kimi mənəviyyatsızlıq girdabında boğulanlar da paklıq və mənəviyyat çağırışçılarını ləkəyəcəkdilər.
Hamı xatırlayır sovetlərin “molla” deyib müxtəlif formalarda din adamlarını aşağalamaq layihəsini. Nəticə nə olduğu bəllidir: Həmin mollalar elə sovetlərin fatihəsini verib onları dəfn etdilər. Bu gün hansısa oyunun oyunçuları, səviyyələri telefonda məlumat aldıqları “ciyəzlər” qədər olanlar anlamır ki, İslam həyat verici, paklayıcı və qoruyucudur. Biz fəxr edirik ki, bu dəyərli dinin mənsubları, ruhanilərimiz, başda qardaşımız hacı Şahin olmaqla mənəviyyat və din sərhədlərinin xidmətçiləri, öndərləridirlər. Bütün bu iftiralar həqiqətdə ruhaniliyin ölkə üçün əhəmiyyətli, cəmiyyət üçün aktual, düşmən üçün isə yandırııcı olduğuna dəlalət edir. Bu isə ruhanilərimizin düzgün yol və xətt tutmasının göstəricisidir. Azərbaycan öz ruhaniləri ilə qürur duyur".

Facebook