Buddistlər arakanlı müsəlmanlara yardım aparan gəmiyə hücum etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Myanmada buddist millətçilərin arakanlı müsəlmanlara yardım aparan gəmiyə hücum etdiyi bildirilib. Myanma xarici işlər naziri və dövlət rəhbərliyi üzrə dövlət naziri Aunq San Suu Çiinin ofisindən bəzi buddist millətçilərin Arakanın paytaxtı Sitvede Beynəlxalq Qırmızı Xaç Komitəsi qruplarının arakanlı müsəlmanlara göndəriləcək yardımı gəmiyə qoymalarına mane olmağa çalışdığı qeyd olunub.

Açıqlamada sayları 300-ə çatan buddist millətçilərin gəmiyə Molotov kokteyli atması hadisələrin böyüdüyü bildirilib. Polisin havaya atəş açaraq və təzyiqli su istifadə edərək, izdihama müdaxilə etdiyi qeyd edilən açıqlamada 8 adamın nəzarətə alındığı vurğulanıb. Adının açıqlanmasını istəməyən bir polis məmuru verdiyi açıqlamada təcavüzkarlardan bəzilərinin yardım gəmisinə Molotov kokteyli atdığını, bəzilərinin də polisə sapandla hücum etdiyini söyləyib. Gəmidəki yardım vəsaitinin 25 avqustdan bu yana ordu və buddist millətçilərin hücumu altındakı Maunqdavda evlərini itirən arakanlı müsəlmanlara aparılması planlaşdırılırdı. Qeyd edək ki, Banqladeşə 25 avqustdan bu yana 421 mindən çox arakanlı müsəlman çatıb.