EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Sentyabrın 9-da səhər saat 09:00-dan Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb. 

 

“Azəriqaz” İstehsal Birliyindən verilən məlumata görə, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

 

Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq. Saat 10:00-dan etibarən işlər başa çatanadək.

 

Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.

Facebook