Bu ölkədə Rusiya ilə əməkdaşlıq edənlər güllələnəcək

Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq edən ukraynalılar güllələnə bilər.

Xarici mediaya istinadən xəbər verilir ki, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

“Təcavüzkar ölkə ilə əməkdaşlıq edən hər kəs barmaqlıqlar arxasında oturmalıdır. Həbs cəzasından başqa, güllələnmə cəzası da tətbiq oluna bilər. Rusiyanın müdafiə qabiliyyətini gücləndirən əməkdaşlığa dair bir işarə olarsa, onda həmin şəxsi həbs edəcəyik və ya güllələyəcəyik. Başqa variant yoxdur”, - o deyib.