Bu marşrutun hərəkət sxemi dəyişdirildi

7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
 
Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilib.
 
Məlumatda həmçinin deyilir ki, dəyişikliyə əsasən bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək. Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test ejimində yeni sxem üzrə hərəkət edir.