Bu küçəyə erməni adı verildi

İstanbulun küçələrindən birinə  XX əsrin məşhur erməni fotoqrafı sayılan Ara Gülerin adı verildi. 
 
Bu haqda Türkiyədə nəşr olunan “Aqos” adlı erməni qəzeti xəbər yayıb. 
 
İstanbul şəhər bələdiyyəsinin qərarına əsasən bundan sonra Tısbağa küçəsi hələ də həyatda olan 89 yaşlı Ara Gülerin adını daşıyacaq. 
 
Erməni qəzeti dünyaca məşhurlaşan fotoqrafın  “İstanbulun fotoqrafı”, yaxud “İstanbulun gözü” adlandırıldığını iddia edir. Ara Gülerin Uinston Çörçil,  Bertran Rassel, Salvador Dali, Pikasso kimi məşhurların fotolarını çəkib.