"Bu kreslo mənimdir, sənin prezidentin mənə heç nə edə bilməz" - Video

Bir neçə gündür ki, sosial şəbəkədə qadın və körpəsinin fiziki məhdudiyyətli yaşlı bir qadınla Space Tv-nin yaxınlığında yerləşən binanın həyətində, küçədə yaşaması haqqında məlumatlar yayılmışdı. Məsələni yerindəcə dəqiqləşdirmək məqsədilə operativ.tv olaraq sözügedən məkana yollandıq. Gördüyümüz mənzərə acınacaqlı idi: fiziki məhdudiyyətli yaşlı qadın həyətin ortasında qoyulmuş çarpayıda uzanmış, yağış suyunun islatdığı az sayda olan ev əşyaları, avadanlıqlar pərakəndə halda orada-burada səpələnmiş halda qalmışdı. Bizi qarşılayan Aygün Hüseynovanın bildirdiyinə görə, artıq 5 gündür ki, küçədə bu durumda yaşayırlar, son 2 gündür ki, bu üstü açıq qaraja sığınıblar.

Ailənin Bayıl bələdiyyəsinə, Sosial Müdafiə Fonduna, Səbail rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, eləcə də Prezident Aparatına edilən müraciətləri nəticəsiz qalıb.