EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Bu işləri vaxtında başlamaq lazım idi – Professor Koronavirus barədə danışdı

Bu işləri vaxtında başlamaq lazım idi – Professor Koronavirus barədə danışdı

Adil Qeybulla:” Televiziya ekranlarında insanları virus barədə maarifləndirən proqramlara demək olar ki rast gəlinmir”

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Koronavirus təhlükəsini nəzərə alaraq , bu virusun yayıldığı ölkələrə prafilaktik tədbirlərin həyata keçirilməsi ilə bağlı xəbərdarlıq etdi. Bundan sonra Koronavirusa yoluxma hallarının qeydə alındığı Azərbaycanda da müxtəlif qabaqlayıcı tədbirlər görülməyə başlandı. Bütün  atılan addımlara baxmayaraq, ölkəmizdə 11 nəfərin rəsmi olaraq virusa yoluxduğu açıqlanıb. 

 

Bəs görəsən Koronavirusdan qorunmaq üçün həyata keçirilən tədbirləri qənaətbəxş hesab etmək olarmı?

 

Rakurs.tv mövzunu Tiibb Elmləri Doktoru, professor, Adil Qeybulla ilə müzakirə edib. Ekspert bildirib ki, Sərhəd keçid zonalarında nəzarət gücləndirilib:”İrandan gələn müxtəlif şəxslər karantin altına alınıb. Müəyyən işlər görülüb. Amma bu işləri vaxtında başlamaq lazım idi. Hər halda gec də olsa profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb. Lakin maarifləndirici tədbirlər yetərli deyil. Televiziya ekranlarında insanları virus barədə maarifləndirən proqramlara demək olar ki rast gəlinmir. Təəssüflər olsun ki, bu istiqamətdə atılan addımlar yetərli deyil”.

 

Adil Qeybullanın sözlərinə görə, Almaniya Kansleri Angela Merkel bu virusa 50-80 milyon insanın yoluxacağı haqda proqnoz verib:” Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu xəstəliyin ilboyu davam edəcəyini açıqlayır. Amma düşünürəm ki, virus yaya doğru azalacaq və tamamilə yox olacaq. Çində görülən tədbirlər artıq öz bəhrəsini verməkdədir”.   

Facebook