“Bu işlərdən pis qoxu gəlir” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən əvvəl Atatürk aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
 
Ərdoğan əsas diqqəti sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın ABŞ tərəfindən məhkəməyə verilməsi məsələsinə yönəldib:
 
“Bu məsələ çox təəccüblüdür. Hazırda buna hüquqi formada şərh vermək çətindir. Bunu Türkiyə Cumhuriyyətinə yönəlik addım kimi qiymətləndirirəm. Onlar Çağlayana qarşı tutuarlı iddia irəli sürə bilmirlər. Guya o, İranla bağlı sanksiyaları pozub. İrana qarşı Türkiyə olaraq heç bir sanksiya qərarı qəbul etməmişik ki, Çağlayan da onu pozsun. Biz təbii qazın bir hissəsini İrandan alırıq. Sabiq Prezident Barak Obamaya da bunu dedim. Bu işlərin arxasından pis qoxular gəlir”.
teleqraf.com