EURO : 1,8841 TRY : 0,2955 USD : 1,7 RUB : 0,0266
Bu il Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

Bu il Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

“Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb”.

 

Bunu Səhiyyə Nazirliyi Respublika QİCS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

 

Onun sözlərinə görə, həmin şəxslərin 563 nəfəri (95 %) Azərbaycan vətəndaşı, 29 nəfəri (5%) əcnəbidir: “Qeydiyyata alınan 563 Azərbaycan vətəndaşının 371-i kişi, 192-i qadındır. Dekabrın 1-ə olan məlumata görə, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onların 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır”.

 

Şöbə müdiri qeyd edib ki, bu il QİÇS mərhələsinə keçən xəstələrin və xəstəliyin QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub: “İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1045 nəfər olub. 11 ayın sonuna olan məlumata görə, Respublika QİCS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1, 6 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faizində yoluxma yolu müəyyən edilməkdədir”.

Facebook