Bu gün dünyanın ən çox gözlədiyi görüş baş tutacaq

Xarici mediaya istinadən verilən xəbərə əsasən, bu gün günün 2-ci yarısında Almaniyanın Hamburq şəhərində “Böyük 20-lik” sammiti çərçivəsində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın ilk şəxsi görüşü baş tutacaq.

Hazırda həm rəsmi Moskva, həm də rəsmi Vaşinqton etiraf edir ki, 2 ölkənin münasibətləri soyuq müharibə dövründən bəri ən aşağı səviyyədədir.

Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov qeyd edib ki, görüşün ikitərəfli mübasibətlərlə yanaşı, beynəlxalq sabitlik və təhlükəsizliyin təmin edilməsində də mühüm məna kəsb edir.

Analitiklərin fikrincə, Putin və Tramp danışıqlarının əsas mövzusu Suriya münaqişəsinin həlli yolları olacaq. Eyni zamanda da, görüşün elə də böyük dəyişikliklərə səbəb olacağı gözlənilmir.

Rusiyanın Strateji Araşdırmalar İnstitutunun Xarici Ölkələrin İqtisadiyyatı üzrə sektorunun rəhbəri Sergey Karatayevin də qeyd etdiyi ki, “ən əsası görüşün Rusiya-ABŞ dialoqunun başlanğıcı olmasıdır”.