Bu gün “Biq-Ben” sonuncu dəfə zəng çalacaq

Bu gün Böyük Britaniyanın paytaxtı London şəhərindəki “Biq-Ben” saat qülləsində sonuncu dəfə zəng çalınacaq.

RİA Novosti agentliyinə istinadla bildirilir ki, bundan sonra qüllədə təmir işlərinə başlanılacaq. 2021-ci ilədək davam edəcək təmir işlərindən sonra saatın yalnız xüsusi hallarda zəng vurması nəzərdə tutulub.

Vurğulanır ki, işlər yekunlaşdıqdan sonra saat ən azı 60 il insan əli dəymədən işləyəcək.