Bu gün "Bilik günü"dür - Foto-Video

Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi.

Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub. Təhsil Nazirliyinin məlumatına görə, bu il 164 945 şagird 1-ci sinifə başlayıb. Bu, ötən illə müqayisədə daha çoxdur. Belə ki, 2016/2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird birinci sinifə getmişdi.