Bu foto Türkiyəni qarışdırdı

Afrinə sıxışan terror təşkialtı Menbic üzərində çox sayda terrorçunu əməliyyat bölgəsinə yönləndirib.

ABŞ–ın Türkiyəyə söz verməsinə baxmayaraq, Suriyada onlarla yeni terrorçuya təlimlər keçirilir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ və Türkiyəni qarşı-qarşıya gətirən Menbicdən gətirilən şəkillər YPG-li terrorçuların hələ də əraziyə hakim olduqlarını sübut edir.

Hərbi rəlimlər keçən onlarla insanın görüntüləndiyi fotolarda YPG bayraqları diqqət çəkir.

Keçən həftə Türkiyəyə səfər edən ABŞ xarici işlər naziri Reks Tillerson, Ankara və Vaşinqtonun razılığa gəldiyini bildirərək, ilk müzakirə ediləcək mövzunun Menbic olduğunu qeyd etmişdi. Ankara terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-lilərin Fırat çayının şərqinə çəkilməsini istəyir.

ABŞ isə Türkiyənin qarşı çıxmasına rəğmən YPG ilə əməkdaşlıq edir.

Son dakika... Bu fotoğraflar fırtına koparır! Menbic'te terörist eğitimi...

Xatırladaq ki, 2016-cı ilin yayında terror təşkilatı İŞİD-in çıxarıldığı Menbicdə YPG-lilər məskunlaşıb. Vaşinqton dəfələrlə söz verməsinə baxmayaraq YPG-lilərin ilçədən çıxarılmasını təmin etməyib.

Türkiyənin yanvarın 20-də başladığı "Zeytun budağı" hərəkatı 35 gündür ki, davam edir.