Bu da laqonda ilə kəsilən bankomat... - Video

Ötən həftə Kapital Bankda baş verən cinayət hadisəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər bankdan bankomatdan oğurlanan 170 min dollarla bağlı müxtəlif fərziyyələr səsləndiriblər.

Bank da məlum olayla bağlı açıqlama yayıb. Qeyd olunurdu ki, faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir:

"İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik”.

Anons.az laqonda ilə kəsilən bankomatın hazırkı görüntülərini təqdim edir: