EURO : 1,9854 TRY : 0,2218 USD : 1,7 RUB : 0,0223
Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlanıb - STATİSTİKA

Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlanıb - STATİSTİKA

“Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir”.

 

Rakurs.tv bildirir ki, bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli deyib.

 

E.Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.

 

DMX rəsmisi xatırladıb ki, ölkəyə gələn əcnəbilər əsasən Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır: “Bununla yanaşı, ölkəmizə dünyanın bütün qitələrindən gələnlər var”.

Facebook