“Bəşər Əsədi öldürərik” - İsraildən hədə

İsrailin energetika naziri Yuval Steintz Suriya prezidenti Bəşər Əsədi təhdid edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Steintz İran Suriya ərazisindən İsraili vurmaq üçün istifadə edərsə, Əsədi öldürəcəklərini deyib: “İsrail indiyədək Suriyada daxili müharibələrə qarışmayıb.

Əgər Bəşər Əsəd İranın Suriyada hərbi əməliyyatlar keçirməsinə icazə verərsə, İsrail onu aradan götürəcək və rejimi devirəcək”.