Bəşər Əsəd İŞİD liderinin ABŞ tərəfindən öldürülməsi iddiasına münasibət bildirib

Bəşər Əsəd İŞİD liderinin ABŞ tərəfindən öldürülməsi iddiasına münasibət bildirib

"ABŞ İŞİD liderinin öldürülməsi bəyanatında bir neçə ölkənin adını da çəkib ki, terrora qarşı mübarizədə böyük dəstək və etibar əldə etsin. Əvvəla bizim bu əməliyyatdan xəbərimiz olmayıb. İkinci də bizim ABŞ-ın bildirdiyi əməkdaşlığa ehtiyacımız yoxdu. ABŞ bu işlə terrorla mübarizədə olduğunu iddia edir. Lakin əslində terrorla mübarizə aparan illərdir bizik. Bu proseslərə baxmayaraq İŞİD yenə də özünü göstərəcək, çünki ABŞ və onun müttəfiqləri terrorla mübarizə zəminində ikili standartlı addım atırlar."

 

Operativ.tv əl-İxbariyyə telekanalına istinadla xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd verdiyi müsahibədə deyib.

 

Bəşər Əsəd İŞİD liderinin öldürülməsi iddiasına toxunaraq bildirib ki, "ABŞ terrora qarşı mübarizədə ikili standarlı addım atır və buna görə İŞİD yenə özünü başqa bir adla göstərəcək."

 

Bəşər Əsəd eyni zamanda Türkiyənin Suriyanın şimalındakı əməliyyatını pisləyib və rəsmi Ankradan Suriya ərazisindən çıxmağını tələb edib.

Facebook