Bəşər Əsəd danışdı:“İstənilən hücum beynəlxalq sülhü təhlükə altında qoyacaq”

Suriya rejiminin rəhbəri Bəşər Əsəd son günlərdə ABŞ və Qərb ölkələrinin Dumada kimyəvi silah işlədilməsindən sonra  bu ölkəyə qarşı ciddi tədbirlər görəcəyi ilə bağlı verdiyi bəyanatlara reaksiya verib.

Gununsesi.info-nun məlumatına görə, Bəşər Əsəd Suriya dövlət televiziyasında  çıxışı zamanı deyib ki,  ölkədə qələbələr əldə edildikcə, bəzi  Qərb ölkələri vəziyyəti yenidən başqa səmtə dəyişdirmək üçün hay-küy yaratamqala hərəkətə keçirlər.

“Bu səs-küy  və atılacaq istənilən addım  bölgədə təhlükəsizliyin təmin olunmasına  xidmət etməyəcək, əksinə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid altında qoyacaq”,-deyə Əsəd bildirib.