Bəşər Əsəd ABŞ-a xəbərdarlıq etdi

Suriya prezidenti Bəşər Əsəd ABŞ qoşunlarının ölkəni tərk etməsini və əks halda onların nəzarətində olan ərazilərə hücum ediləcəyini bildirib. 
 
“Washington Times” xəbər verir ki, Əsədin bu bəyanatına münasibət bildirən Pentaqon onu bu niyyətindən imtina etməyə çağırıb. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahı general-leytenant Kennez Makkenzi bildirib ki, Suriyadakı istənilən tərəf ABŞ qoşunlarına hücumun yanlış siyasət olacağını başa düşməlidir. 
 
Əsəd Rusiyanın RT kanalına verdiyi müsahibəsində Suriyada 2 minə yaxın Amerika əsgərinin olduğunu təxmin etdiyini və onların istənilən halda ölkəni tərk etməli olduğunu bəyan edib. 
 
Qeyd edək ki, Amerikanın hərbi müşavirləri və onların müttəfiq qüvvələri Suriyanın Deyr əz-Zor şəhərində və Fərat çayı vadisində fəaliyyət göstərirlər. 
 
ordu.az