Bərzani PKK terrorçularını Kərkükə göndərdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraq regional kürd rəhbərliyinin lideri Məsud Bərzani PKK terrorçularını və peşmərgələri Kərkükə göndərib.

Bu barədə Kürdüstan dairələrinə yaxın portallar məlumat yayıb. Məlumatda bildirilir ki, Məsud Bərzani, İraq dövlətinin və parlamentinin qanunsuz hesab etməsinə bamayaraq referendum keçirməkdə israrlıdır. O, referendumdan qabaq baş verə biləcək hadisələrin qarşısını almaq üçün PKK terrorçularından istifadə edib. Belə ki, peşmərgələrin iki briqadası və PKK terrorçuları Kərkükə yerləşdirilib.