Bərzani istefa verəcəyini açıqladı

"Biz referendumu xalqın seçiminə buraxırıq. İnşallah növbəti bayram müstəqillik bayramı olar. Əgər xalq referenduma “xeyr” cavabı verərsə, istefa verəcəm". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani bildirib.

Məsud Bərzani qeyd edib ki, referendum qərarı Kürdüstan üçün tarixi bir qərardır: "Xalqım qarşısında olan vəzifəmi icra edirəm. Əgər xalqım yox deyersə, mənim qalmağıma ehtiyac olmayacaq”.

Qeyd edək ki, Kürdüstanda müstəqillik referendumu 25 sentyabr tarixində keçiriləcək.