Bərdədə meşə yanır

Bərdədə meşəlik ərazidə yanğın başlayıb.

Hadisə rayonun Cumalar kəndi ərazisində qeydə alınıb. Meşə ərazisində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.