Braziliyada canilər küçədə xəbərdarlıqsız güllələnəcək

Rio de-Janeyroda küçələrdə silahlı insanlar xüsusi polis komandaları tərəfindən güllələnəcək. Bu barədə Bloomberg xəbər verib.

Atıcılar qoşa gəzəcəklər  – onlardan biri avtomatik silahla, digəri isə silahın düzgün istifadə olunduğunu qeydə almaq üçün videokamera ilə hərəkət edəcək.

Bundan başqa, qərara əsasən, silahlı canilərə xəbərdarlıq olunmadan atəş açılacaq, çünki silahla küçəyə çıxan insanlar hər kəsi öldürməyə hazır olurlar.

Qeyd edək ki, Braziliya dünyada ən çox qətllərin həyata keçirildiyi ölkədir (ildə 64 min adam).