BP Azərbaycanda qaz hasilatını azaldıb

2017-ci ilin birinci yarısında “Şahdəniz” yatağından 5,1 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barel) kondensat hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici müvafiq olaraq 5,4 milyard kubmetr qaz və 1,3 milyon ton kondensat təşkil edib.
Bu barədə “BP Azərbaycan”ın ilin 6 ayının yekunları üzrə hesabatında deyilir.

2017-ci ilin birinci yarısı ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.