Boz ay başladı

Xalq inancına görə, bu gecədən etibarən Azərbaycanda Kiçik çillə başa çatıb və Boz ay başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Novruz bayramından öncəki 1 ayı əhatə edən dövrə Boz ayla yanaşı, “yazın qırxlı çağı”, “alaçalpo (v)”, “çilləbeçə”lər, “ağlar-gülər ay” da deyilir.

Boz ayın əsas xüsusiyyəti havanın dəyişkən olmasıdır. Belə ki, bu ayda buludlu, yağışlı, küləkli, qarlı və günəşli havaların hamısını görmək mümkündür. Yazın gəlişini bildirən çərşənbələr də Boz ayda qeyd olunur.

Qeyd edək ki, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək. Martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.