Boş qalmış həbsxana hərraca çıxarıldı

Amerikada maraqlı hadisə baş verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Nyu-York hökuməti 2014-cü ilin iyulunda bağlanmış həbsxananı hərraca çıxarıb. Şatoqay adlı kompleks 9 min kvadrat metrlik 30 tikilidən ibarətdir. İlkin qiymət 100 min dollardır. Hərrac iyulun 24-də keçiriləcək.