BMT-nin Bonn şəhərindəki ofisi qarşısında aksiya

BMT-nin Bonn şəhərindəki ofisi qarşısında aksiya

Mühacir azərbaycanlılar Gəncə hadisəsinə etiraz ediblər

Oktyabrın 16-da Almaniyada mühacir həyatı yaşayan bir qrup azərbaycanlı BMT-nin Bonn şəhərindəki ofisi qarşısında aksiya keçirib.

Təşkilatçılar Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də Gəncəni raket zərbəsiylə vurmalarına etiraz ediblər.

Tədbirdə hadisəni əks etdirən şəkillər və müxtəlif şüarlar qaldırılıb.

Sentyabrın 27-də Azərbaycan-Ermənistan hərbi birləşmələrinin təmas xəttində atəşkəs pozulub, müharibə başlayıb.

Oktyabrın 10-da Rusiyanın paytaxtında Kremlin vasitəçiliyi ilə hər iki tərəfin xarici işlər nazirləri atəşkəsə imza atsalar da, səhəri günü Ermənistan silahlı qüvvələri Gəncə şəhərini raket zərbəsinə hədəf edib, nəticədə 1- dinc sakin həlak olub.

Facebook