BMT: İŞİD oktyabrın sonuna qədər məğlub ediləcək

İŞİD terror təşkilatı oktyabrın sonuna qədər tam məğlub edilə bilər.

APA TV-nin məlumatına görə, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura deyib.

O, terror təşkilatının sonunun başlandığını və iki ay ərzində məğlub ediləcəyini açıqlayıb. “Fikrimcə, son hadisələr göstərir ki, müharibə yaxın zamanda bitəcək. Əmin olmalıyıq ki, bu, həm də sülhün bağlanğıcıdır”.

Mistura İŞİD-in mövcudluğuna son qoyulduqdan sonra beynəlxalq ictimaiyyətin təzyiqi ilə Suriyada bir il ərzində seçkilər keçirilə biləcəyini istisna etməyib.