BMT-də İsrailin əleyhinə dörd qərar qəbul edilib

BMT-də İsrailin əleyhinə dörd qərar qəbul edilib

BMT Baş Assambleyasının Dördüncü Komissiyasında İsrailin əleyhinə və fələstinlilərin lehinə dörd qərar qəbul edilib.

Ötən gün BMT Baş Assambleyasının Dördüncü Komissiyası çərçivəsində, işğal edilmiş İordan çayının qərb sahilində, Qüdsün şərqində və İordan vadisində İsrail tərəfindən qeyri-qanuni massivlərin salınması, fələstinli qaçqınlara yardımların çatdırılması, fələstinlilərin evlərinin sökülməsi və onların köçürülməsi ilə bağlı ümumilikdə 4 qərar qəbul edilib. Qərarların hər biri komissiyaya üzv olan ölkələrdən azı 143-nün lehinə səs verməsilə qəbul edilib. On ölkə qərarlara səs verməkdən imtina edib. İsrail, ABŞ və bir neçə az saylı ölkə isə qərarların əleyhinə səs veriblər.

BMT Baş Assambleyasının bu komissiyası çərçivəsində keçirilən digər səsvermə isə İsrail tərəfindən 1967-ci ildə işğal edilən Colan Yüksəkliklərinə aid olub. Qəbul edilmiş qərar Suriyanın Colan üzərində olan suverenliyini bir daha təkid edib.

Bu qərara da İsraildən başqa ABŞ etiraz edib, 144 ölkə isə lehinə səs verib.

 

Facebook