Bələdiyyələrə yeni səlahiyyət verilir

Bələdiyyə yollarında avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq.

Bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinin 1.6-cı bəndinə əlavələr təklif edilir.

Belə ki, maddədə yerli büdcənin gəlirləri sırasına bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait də əlavə kimi təklif edilir.

Qanuna dəyişiklik Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.