"Bizə polislərlə xəbər göndərir ki, sökdürmüşəm, əcəb eləmişəm" - Video

Biləcəri qəsəbəsi, dəmiryol stansiyasının yaxınlığında yerləşən bu ərazidə məskunlaşan sakinlər Qarabağ müharibәsi nәticәsindә evlәrini itirәn mәcburi köçkünlәrdir. Bu ilin aprel ayında istifadəyə yararsız elektrik kabellərində çıxan yanğın səbəbindən sığındıqları taxta daxmalardan da məhrum olan bu insanlar həyata qarşı bir yaşamaq mücadiləsi içərisindədirlər desək, yanılmarıq.

Sakinlərin sözlərinə görə dəfələrlə Nazirlər Kabineti, Milli Məclis, Binəqədi Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etsәlәr dә, səyləri nəticəsiz qalıb. Biləcəri dəmiryol stansiyasının rəisi Elçin Məmmədovun qanunsuz əməllərini dilə gətirərək, aidiyyatı qurumlardan kömək istəyiblər.