"Biz Dağlıq Qarabağı tanımırıq"

"Bizim mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq".

Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyindən bildirilib.

"Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"nı hökümət riayyət etməyə məcbur deyil",  -deyə nazirliyin məlumatında vurğulanır.