Bir əsgər digər 3 əsgər yoldaşını öldürüb

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Manisa bölgəsində bir əsgər digər 3 əsgər yoldaşını öldürüb. Hadisə bu gün saat 04:30 radələrində Kula Jandarm Bölməsində meydana gəlib.

Hərbi xidmətini aparan və kimliyi hələ öyrənilməyən bir əsgər düşdüyü depressiya nəticəsində avtomatik piyada tüfəngi ilə kazarmada yatan əsgər yoldaşlarına atəş açıb. 3 əsgərin öldüyü, 3 əsgərin də yaralandığı hadisədən sonra ağlını itirən əsgər silahla intihar edib. Yaralı əsgərlər sanitar maşınlarla Kula Dövlət Xəstəxanasına çatdırılıb. Burada müalicə altına alınan yaralı 3 əsgər daha sonra Salehli Dövlət Xəstəxanasına göndərilib. Hadisə ilə bağlı istintaq davam edir.