Binəqədi sakini qonşusunu qətlə yetirib

Bakıda 66 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

 

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

Məlumata görə, Rəcəbov Vidadi Məmmədrza oğlu qonşusu, 1955-ci il təvəllüdlü Mürsəlov İbrahim Mirrəhim oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

İ.Mürsəlov saxlanılıb.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.