Binalara istilik niyə verilmədi?

Bu gündən etibarən yaşayış binalarının istiliklə təmin ediləcəyi bildirilsə də, paytaxtdakı bəzi binalara hələ istilik verilməyib.
 
"Qaynarinfo" Yasamal rayonu Həsən Məcidov küçəsində yerləşən 4 binanın sakinləri mənzillərə istilik verilməməsindən şikayətlənirlər. Sakinlərin sözlərinə görə, hər il vaxtı-vaxtında istilik pulunu ödəsələr də, mənzilləri istiliklə normal təmin olunmur.
 
"Azəristiliktəchizat''Açıq Səhmdar Cəmiyyətinin14 saylı istilik sistemləri istismar sahəsinin baş mühəndisi Nəbi Sultanov isə sakinlərin bu iddialarını qəbul etməyərək bildirdi ki,yaşayış binaları istilik sistemi ilə təchiz edilib. Binaların yaxınlığında ən son texnologiyalarla təchiz edilmiş qazanxana tikilib.
 
Belə məqamda bir sual ortaya çıxır? Əgər bu işin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdusa, onda noyabrın 15-ə qış rejiminə keçid vaxtına qədər bu məsələlər niyə həll edilmirdi?
 
Baş mühəndis Nəbi Sultanovun sözlərinə görə, sabahdan etibarən sözügedən binalar istiliklə təchiz ediləcək.