Bəhreynli etirazçılar edam edilir

Beynəlxalq Əfv Komissiyası Bəhreyndə bir çox siyasi fəalın məhkəmə qərarı ilə edam edildiyini açıqlayıb.

Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. Bəhreyn məhkəməsi isə həmin şəxslərin terror aktları hazırladıqlarını və cinayət törətdiklərini iddia edib. 

Bəhreynin baş prokuroru həbs olunanlardan 5-nin ömürlük, 3-nün 10, 5-nin 3, 3-nün 2 il azadlıqdan məhrum edildiyini, 9 nəfərin isə vətəndaşlıqdan çıxarıldığını bildirib.

Xatırladaq ki, keçən bazar günü Bəhreyn məhkəməsinin qərarı ilə tanınmış İslam alimi Şeyx İsa Qasim 1 il müddətinə azadlıqdan məhrum edilib. Bu qərara etiraz edən minlərlə insan küçələrə axışıb. Hökumət qüvvələrinin Şeyx İsa Qasimin evinin yerləşdiyi Eddoraz rayonuna müdaxiləsi nəticəsində azı 6 nəfər öldürülüb, 200 nəfər yaralanıb, 300-dən çox insan isə həbs edilib.